Azərbaycan himni
Azərbaycan himni | |
---|---|
Himnin musiqi notları | |
Sözlərinin müəllifi | Əhməd Cavad, 1919 |
Bəstəkarı | Üzeyir Hacıbəyov, 1919 |
Ölkə | Azərbaycan |
Təsdiqi | 1992-ci il 27 may |
Tarixi
1920-ci il |yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi.Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.
Haqqında qanun
Azərbaycan Respublikasının Dövlət himni haqqında 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.
Musiqisi[redaktə]
Cumhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem ÜngörükünAnkarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
Notları
Himnin musiqisinin fortepiano(klavir)üçün notlarını aşağıdakı linkdən əldə edə bilərsiniz.
Mətni
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur. [1]
Latın qrafikası ilə | Kiril qrafikası ilə | Ərəb qrafikası ilə |
---|---|---|
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Namusunu hifz etməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan! Azərbaycan! |
Азәрбајҹан!, Азәрбајҹан!
Еј гәһрәман өвладын шанлы Вәтәни! Сәндән өтрү ҹан вермәјә ҹүмлә һазырыз! Сәндән өтрү ган төкмәјә ҹүмлә гадириз! Үчрәнҝли бајрағынла мәсуд јаша! Үчрәнҝли бајрағынла мәсуд јаша! Минләрлә ҹан гурбан олду, Синән һәрбә мејдан олду! Һүгугундан кечән әсҝәр, Һәрә бир гәһрәман олду! Сән оласан ҝүлүстан, Сәнә һәр ан ҹан гурбан! Сәнә мин бир мәһәббәт Синәмдә тутмуш мәкан! Намусуну һифз етмәјә, Бајрағыны јүксәлтмәјә Намусуну һифз етмәјә, Ҹүмлә ҝәнҹләр мүштагдыр! Шанлы Вәтән! Шанлы Вәтән! Азәрбајҹан!, Азәрбајҹан! Азәрбајҹан!, Азәрбајҹан! |
!آذربایجان، آذربایجان
ای قهرمان اولادین شانلی وطنی سندن اوترو جان ورمهیه جومله حاضریز سندن اوتروقان توکمهیه جومله قادیریز !اوچ رنگلی بایراقینلا مسعود یاشا !اوچ رنگلی بایراقینلا مسعود یاشا مینلرله جان قوربان اولدو !سینن حربه میدان اولدو حقوقوندان کچن عسکر !هره بیر قهرمان اولدو !سن اولاسان گولوستان !سنه هرآن جان قوربان سنه مین بیر محبت !سینهمده توتموش مکان ناموسونو حیفظ اتمهیه بایراقینی یوکسلتمهیه ناموسونو حیفظ اتمهیه جومله گنجلر موشتاقدیر !شانلی وطن! شانلی وطن !آذربایجان، آذربایجان !آ |
Комментариев нет:
Отправить комментарий